dunyatv.az
CANLI YAYIN

Prezident Sumqayıtdakı yanğından zərər çəkənlərə kömək edəcək

23-10-2013, 14:40

 

 

Bu gün Sumqayıtda şəhər İcra Hakimiyyətinin nümayəndələri söz verdikləri kimi ötən şənbə tamamilə yanıb külə dönmüş "Karvan” Ticarət Mərkəzindəki mağazaların sahiblərinin qəbuluna başlayıblar.

"Karvan”dakı yanğından zərər çəkənlərin qarşısına bazarın sahibi Ağamirzə Əhmədov çıxıb.

Jurnalistlərin suallarını cavablandıran Əhmədov bildirib ki, yanğından zərər çəkənlərə həm Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, həm də Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yardım göstəriləcək.

Əhmədov həmçinin söz verib ki, özü də sahibkarlara əlindən gələn köməyi göstərməyə çalışacaq.

"Ticarət mərkəzində təmir işlərini nə vaxta başa çatdırmağı planlaşdırırsız?” sualına isə bazar sahibi cavab verməkdə çətinlik çəkib:

"Kəfənin cibi olmur”.

Məlumata görə, hazırda yanğından zərər çəkmiş sahibkarların siyahısı hazırlanır. Onların götürdükləri kreditləri ödəmələri də dayandırılıb. 

Ticarət mərkəzi sahibinin sözlərinə görə, obyekt 1 milyon manat məbləğində sığortalanıb.

 


Oxunub: 969

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.