dunyatv.az
CANLI YAYIN

Bakıda hava kəskin dəyişəcək - PROQNOZ

23-10-2013, 14:47

 

Sabah Bakıda güclü şimal küləyi əsəcək, gündüz saatlarında havanın maksimal temperaturu 13 dərəcə olacaq, bu da ötən günlə müqayisədə 10 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 24-də arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar və qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı ehtimalı var.

Qeyd edək ki, oktyabrın 25-i gündüzədək respublikanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir.(Trend)

 


Oxunub: 1 169

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.