dunyatv.az
CANLI YAYIN

Sumqayıtda dəhşətli qətl: qardaş qardaşı öldürdü

23-10-2013, 19:00

 

 
Sumqayıt şəhərində dəhşətli qətl törədilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Novxanı bağlarında qeydə alınıb. Novxanıda yerləşən bağ evlərindən birində yaşayan, 35 yaşlı Rəşad Oqtay oğlu Seyfəddinov mübahisə zəminində qardaşı, 37 yaşlı Tamerlanı başından çəkiclə vuraraq öldürüb.

 

 İlkin məlumata görə, R. Seyfəddinov qardaşını anasını döydüyü üçün öldürüb.

 

 Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R. Seyfəddinov tutulub.

 

 Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 



Oxunub: 1 050

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.