dunyatv.az
CANLI YAYIN

14 yaşlı futbolçu oyun zamanı öldü

24-12-2013, 10:28

Şotlandiyanın "Taynkasl” gənclər komandasının 14 yaşlı futbolçusu Ceymi Skinner futbol matçı zamanı ölüb.

Verilən xəbərə görə, oyun zamanı Ceymi Skinner huşunu itirib və ot örtüyünün üstünə yıxılıb.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Şərqi Şotlandiya Liqasının Klub rəhbərliyi futbolçunun doğmalarına və yaxınlarına dərin hüzn keçirdiyini bildirib. "Taynkasl”ın əsas komandasının növbəti matçı bir dəqiqəlik sükutla başlayacaq


Oxunub: 954

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.