Bu günün hava proqnozu

[/i][i]
Dekabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
 AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.

Temperatur gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.
[/b]
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə zəif qar yağacaq, duman olacaq.

Temperaturun gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 6-11° şaxta, gündüz 2-7° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.

Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 3-8° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

[b]Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal olunur.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 26-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
  • Müəllif: Pervin_M
  • Tarix 24-12-2013, 10:27
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 611
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac