dunyatv.az
CANLI YAYIN

Bakı-Şamaxı yolunda dəhşətli qəza: 3 ölü, 4 yaralı SON-DƏQİQƏ

24-12-2013, 16:40


 

Bakı-Şamaxı yolunda dəhşətli qəza: 3 ölü, 4 yaralı SON-DƏQİQƏ

Bakı-Şamaxı magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BiG.Az saytı anspress.com saytına istinadən bildirirki, qəza dünən axşam saat 23 radələrində Bakı-Şamaxı yolunun 115-ci kilometrliyində, Pirsaat çayı yaxınlığında qeydə alınıb.

Qəzada 60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 və 90-HK-259 dövlət nömrə nişanlı VAZ 21015 markalı avtomobillər toqquşub. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır yaralanıb.

Şamaxı rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi Rasim Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstələr ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, qəzada ana ölüb, iki öğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.

Ölən şəxslərin və yaralıların adları məlum deyil.

Hazırda hadisə yerində polis tərəfindən araşdırma aparılır.


Oxunub: 1 519

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.