Planşetlər fantastik sürətlə artır

2013-cü ilin sonunda dünyada məşhur şirkətlərin (Apple, Samsung və s.) istehsalı olan planşet kompüterlərin sayı 285 milyon ədədi ötəcək. Bu barədə ABI Research şirkətinin ekspertləri proqnoz verib. Əvvəldən ən iri planşet bazarı olan ABŞ-ın payı 70 milyon belə qurğu təşkil edəcək ki, bu da ölkənin hər dördüncü sakininin planşet sahibi olması deməkdir.

 
Dunyatv.Az ICTnews-a istinadən bildirir ki, şirkətin analitiki Ceff Orrun sözlərinə görə, planşet bazarında müşahidə olunan yüksək artım artıq üçüncü ildir davam edir və Appleın əvvəlcədən məlum olan liderliyi təəccüb doğurmur. "Biz güman edirik ki, cari ilin sonunadək iOS əməliyyat sisteminin dünyada istifadə olunan planşetlər həcmində payı təxminən 51 faiz, Androidin 40 faiz olacaq", - o əlavə edib.
 
Bu arada Samsung şirkəti Android sistemli qurğular seqmentində öz mövqeyini möhkəmlətməkdə davam edir. Belə ki, üçüncü rübdə Cənubi Koreya istehsalçısı 20 faizlik artım qeydə alıb. 2013-cü ilin ikinci rübündə şirkət marketinq xərclərini xeyli artıraraq öz sub-brend planşetlərinin satılması üçün səylərini artırıb.
 
Apple şirkəti ötən rübdə planşetlərin orta qiymətinin ikiillik azalmasını dayandırmağa nail olmaqla göstəriciləri təxminən 1 faiz – 439 dollaradək artırsa da, yeni iPad Air və iPad Mini Retina modellərinin satışa çıxarılmasına hazırlıq fonunda tədarük həcmində ötən rüblə müqayisədə 4 faiz, onların satışından əldə olunan mədaxildə 3 faiz azalma qeydə alınıb.
  • Müəllif: Sebine
  • Tarix 25-12-2013, 10:40
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 649
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac