Üzeyir Mehdizadədən daha bir yenilik

Yenicə İsraildə solo konsertdən qayıdan tanınmış sənətçi Üzeyir Mehdizadə yerli şou biznesdə yenilyə ilkə imza atıb.

Üzeyir Mehdizadə artıq "Xattab Organization" booking şirkəti ilə çalışmağa başlayıb. Şirkət sənətçinin imici, mahnıları, səhnəsi, tədbirlərdə iştirakını təmin edəcək. Bundan sonra artıq profesional şəkildə sənətçimizin tədbir və konsert proqramlarında iştirakı "Xattab Organization" tərəfindən tənzimlənəcək.

Bu barədə açıqlama verən tanınmış təşkilatçı Samir Xəttab qeyd etdi ki, artıq müğənninin komandasında xaricdən gəlmiş şəxslər işləyəcək. "Komandada Türkiyədən olan tanınmış sənətçilərlə işləyən səs rejissoru və tanınmış türkiyəli dj olacaq. İrəlidə çox böyük proektləri sizə təqdim edəcəyik. Bundan sonra istənilən tədbirdə müğənninin iştirakını bizim şirkətdən almaq olar".

Onu da qeyd edək ki, Üzeyir Mehdizadənin artıq tədbir və konsertlərdə texniki və məişət rayder tələbi olacaq.

 

  • Müəllif: Pervin_M
  • Tarix 25-12-2013, 10:39
  • Bölmə: Xəbərlər / Şou-Biznes
  • Baxılıb: 947
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac