dunyatv.az
CANLI YAYIN

Azərbaycanda ev yandı: 1 körpə öldü, 2 azyaşlı və ana xilas edildi

24-10-2013, 09:36

[/b]
 

 
[b]Sabirabadda yaşayış evi yanıb
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Quruzma kəndində (rayon mərkəzindən 31 km aralı) qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları (evin tavanı və döşəməsi qamışdan və taxta konstruksiyalardan ibarətdir) yanıb. Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb və xəstəxanaya aparılıb.

Evdə olan 2 azyaşlı yanğınsöndürənlər çatana kimi vətəndaşlar tərəfindən xilas edilib.

Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvəsi, 2011-ci il təvəllüdlü Sahilə Ceyhun qızı Xəlilzadənin cəsədi aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Oxunub: 1 016

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.