Samsung bu dəfə Sony-ni ötdü

2013-cü ilin oktyabrında Cənubi Koreyanın Samsung şirkəti Avropa bazarına yüksək təsvir ölçüsünə (UHD) malik televizorların tədarük həcminə görə Yaponiyanın Sony korporasiyasını geridə qoyub. Bu barədə GfK marketinq agentliyinin son hesabatında deyilir.

Son illər dünyada televizor istehsalçıları arasında birincilik qazanan Cənubi Koreyanın məişət texnikası istehsalçısı növbəti dəfə yüksək göstərici ilə liderliyi ələ keçirib. Lakin bu liderlik hələ ki oktyabrda Avropada qeydə alınıb. GfK mütəxəssislərinin fikrincə, Samsung 2013-cü ilin oktyabrında Avropa 4K Ultra HD televizor bazarının təxminən 50 faizinə (48,3 faiz) sahib çıxıb ki, bu da sentyabr ilə müqayisədə 15 faizlik artım deməkdir.

Samsung UHD formatlı televizorlarının payının 60 faiz olduğu Böyük Britaniya, İsveçrə və Danimarka bazarında liderdir. Fransa və Almaniya kimi vacib bazarlarda oktyabrda şirkətin payı 40 faiz təşkil edib.

Samsungun Avropa 4K TV bazarında uğur qazanması şirkətin istehsalı olan Ultra HD televizorların əvvəlcədən yüksək olan qiymətinin xeyli aşağı salınması ilə əlaqələndirilir.
  • Müəllif: Guler
  • Tarix 25-12-2013, 12:40
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 564
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac