Abşeron rayonunda mədəniyyət oçağı və uşaq bağçası istifadəyə verildi - VİDEO

Abşeron rayonunda mədəniyyət oçağı və uşaq bağçası istifadəyə verildi - VİDEO

 

Qobu qəsəbəsində istifadəyə verilən Sənətkarlıq evi iki mərtəbədən ibarətdir. Burada Qobu qəsəbə uşaq incəsənət məktəbi, rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filialı və xalça istehsalı emaslatxanası yerləşir. Sənətkarlıq evinin inşası Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan Qobu xalçaçılığının inkişafına öz töhfəsini verəcək. Çox məşhur olan və qobuluların məişətində özünə möhkəm yer tutan xalça sənəti burada özününü inkişaf dövrünü yaşayacaq. Sənətkarlıq evinin açılışında çıxış edən Rayon icra Hakimiyyətinin başçısı Zakir Fərəcəv bildirdi ki, rayonun bütün kənd və qəsəbələrində olduğu kimi Qobuda da bir sıra infrastruktur problemləri öz həllini tapıb.

Artıq qəsəbədə yeni təhsil ocaqları tikilib, mövcud məktəb əsaslı təmir edilib, daha iki uşaq bağçası inşa edilib. 2014-cü ildə qəsəbədə idman kompleksinin tikilməsi nəzərdə tutulub. Vurğulandı ki, Sənətkarlıq evi, mədənyyət mərkəzinin istifadəyə verilməsi qobulular üçün mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, burada uşaq incəsənət məktəbinin fəaliyyəti nəticəsində rəqqaslıq, rəssamlıq, muğam, xalq çalğı alətlərinin təbliği daha da genişlənəcək. Çıxış edən qəsəbə sakinləri rayonda, o cümlədən qəsəbədə aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər. Sonra Sənətkarlıq evi ilə tanışlıq oldu. Bildirildi ki, xalça istehsalı emalatxanasında lazım olan bütün avadanlıqlar alınıb. Bununla da Qobu xalçaları öz şöhrətini qaytaracaq.

Ümumiyyətlə, Mərkəzdə 100-ə yaxın qəsəbə sakini çalışmaq imkanı qazanacaq. Uşaq incəsənət məktəbi də ən müasir inventarlarla təchiz edilib. Tədbirdə Sənətkarlıq evinin akt zalında konsert proqramı nümayiş olundu. Qobu qəsəbəsinin uşaq incəsənət Məktəbi yetirmələrinin ifa etdikləri musii nömrələri böyük alqışlarla qarşılandı. Sonra Digah qəsəbəsəində 80 yerlik 6 saylı uşaq bağçasının yeni binasının istifadəyə verilməsi ilə bağlı tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcəov vurğuladı ki, Digahda öz həllini gözləyən bir sıra problemlər artıq öz həllini tapıb. Hazırda qəsəbədə içməli su probleminin 70 faizi çözülüb. Gələn il problemin tam həlli qarşıda duran mühüm vəzifələrdən biridir. Digahda yeni kanalizasiya və su xətlərinin çəkilişi davam etdirilir. Natiq bu gün Azərbaycanda uşaqların hüquqlarının qorunması, uşaqların gələcəyinin daha gözəl və firavan olması üçün ölkə rəhbərinin yürütdüyü siyasətdən danışdı, bu məqsədlə ölkəmizdə uşaqlar üçün əyləncə və reabilitasiya mərkəzləri inşa edilir.

Bu işdə böyük pay sahibi olan Heydər Əliyev Fondunu və onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz və misilsiz xidmətləri xüsusi vurğulandı. Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin uşaqların müdafiəsi istiqamətində gördüyü işlərdən danışdı, bu gün də bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulandı. Tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış oldular. Uşaq bağçası hər cür yumşaq və bərk inventarla təmin edilib. Uşaqların hazırladıqları musiqi nömrələri, səhnəciklər maraqla qarşılandı. / DunyaTv.az /

 

 

 

 

  • Müəllif: Pervin_M
  • Tarix 25-12-2013, 13:52
  • Bölmə: Xəbərlər / Video
  • Baxılıb: 2 254
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac