Bakının məşhur xəstəxanasında inanılmaz olay

Tibb bacısı digər tibb bacısını bıçaqlayıb

Dekabrın 24-də Bakının tanınmış və elitar xəstəxanalarından olan Mərkəzi Klinik Xəstəxanada bıçaqlanma hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Parlament prospekti, 2 ünvanında yerləşən xəstəxanada tibb bacısı, 1984-cü il təvəllüdlü Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb.

H. Hüseynova bıçaqla iş yoldaşına hücum edib və onu kürəyindən vurub. E. İbrahimovaya elə işlədiyi xəstəxanada tibbi yardım göstərilib.

Tibb bacısının iş yoldaşını hansı səbəbdən bıçaqladığı araşdırılır
  • Müəllif: Guler
  • Tarix 25-12-2013, 20:20
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 809
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac