2017-ci ilədək 3D printerlərin tədarük həcmi 10 dəfə artacaq

"IDC” şirkətinin analitikləri yaxın illərdə 3D printerlərin tədarük həcminin xeyli artacağını proqnazlaşdırır. Bu qurğular tezliklə adi məişət məhsullarına çevriləcək.
 
"ICTnews” elektron xəbər xidməti "itc.ua” saytına istinadən bildirir ki,  "IDC”nin proqnozuna əsasən, 2017-ci ilədək 3D printerlərin tədarük həcmi 10 dəfə artacaq. Məlumatlara əsasən, 2014-cü ildə sözügedən bazarda "HP” şirkəti liderə çevriləcək. Həmçinin "Konica Minolta” yüksək sinif qurğularının paylanmasına başlamaq niyyətindədir. "Makerbot”, "Afinia” və "Lulzbot” orta səviyyəli həllər təklif edəcəklər.
 
Qeyd edək ki, 2014-cü ildə lazer bitişmə texnologiyası üçün patent müddəti başa çatır. Nəticədə, bir çox kiçik şirkətlər bu texnologiyadan öz həllərində istifadə edə biləcək ki, bu da daha mükəmməl və ucuz ev 3D printerlərinin yaradılmasına yeni imkanlar yaradacaq.
  • Müəllif: Guler
  • Tarix 25-12-2013, 17:53
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 471
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac