dunyatv.az
CANLI YAYIN

Paytaxtın mərkəzi məktəbində təhlükəli anlar - FOTO

24-10-2013, 10:45

Paytaxtın mərkəzi məktəbində təhlükəli anlar - FOTO

 

Paytaxtın mərkəzi məktəbində təhlükəli anlar - FOTO

 

Paytaxtın mərkəzi məktəbində təhlükəli anlar - FOTO

 

 
 
 
Bakı şəhərinin mərkəzində yerləşən təhsil ocağında oxuyan şagirdlər təhlükə ilə üzləşir. Səbail rayonu ərazisində yerləşən 132, 134 saylı təhsil kompleksində şagirdlərin təhlükəsizliyi üçün müəyyən işlər görülsə də, bu yetərli deyil.

Məktəbin Şeyx Şamil küçəsinə olan əsas qapısı açıqdır və məktəbə əsas giriş ordandır. İstiqlaliyyət küçəsindəki giriş isə bağlıdır. Valideynlər isə məktəblilər dərsdən çıxan zaman uşaqlarını təhlükəyə atmaqdan çəkinmir. Maşını vaxt itirməmək üçün İstiqlaliyyət küçəsində saxlayaraq, uşaqları hasarın üzərindən aşıraraq təhlükəyə atırlar.

Məsələ ilə bağlı təhsil kompleksinin direktoru Sara Xanlarova Milli.Az-a açıqlamasında bildirdi ki, məktəbin İstiqlaliyyət küçəsinə olan girişi adətən bağlı olur.

Direktorun sözlərinə görə, mərkəzi küçədə problem yaratmamaq üçün, əsasən, Şeyx Şamil küçəsindəki qapıdan istifadə olunur.

S.Xanlarova uşaqların həmin hasardan aşaraq yola düşməsindən xəbərsiz olduğunu dedi: "Kameralara baxıb mütləq araşdıracam. Belə hallar şagirdlərin təhlükəyə atılmasından xəbər verir. Mütləq qarşısını almaq üçün tədbir görüləcək”.


Oxunub: 1 135

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.