Azərbaycanda nə qədər adamı pişik dişləyib? - STATİSTİKA

Azərbaycanda nə qədər adamı pişik dişləyib? - STATİSTİKA

Bu ilin 11 ayı üzrə 15396 nəfəri heyvan dişləyib.Lent.az-ın məlumatına görə, bu baradə modern.az-a Respublika Taun Əleyhinə Stansiyanın Epidemioloji şöbə müdiri Rita İsmayılova bildirib. Onun dediyinə görə, heyvan dişləmələrinin sayı ötən ilə nisbətən azalıb. Şöbə müdirinin sözlərinə görə, bu il it və pişiklərin insanları dişləməsi halı daha çox olub. 

"Ümumilikdə dişləmələrin 13198 it, 1235-i isə pişiklərin payına düşür. 626 nəfər isə siçovulların hücumuna məruz qalıb. Dişləmələrin 337-si isə tülkü, canavar, çaqqal, eləcə də ev heyvanları at, inək, it və digər heyvanlar tərəfindən baş verib. Ən çox heyvan dişləmələri və quduzluq Şimal bölgəsində müşahidə olunub. Ötən ilin 5 ayı ərzində heyvan dişləmələrindən dörd ölüm hadisəsi baş vermişdisə, bu il belə fakt hələ ki, qeydə alınmayıb”. 

Rita İsmayılova onu da bildirdi ki, təkcə Bakıda 4387 nəfəri heyvan dişləyib. Şöbə müdirinin dediyinə görə, heyvan dişləmələri ötən illə müqayisədə 4,5 % azalıb.

Dişləmələrdən qorunmaq üçün profilaktik tədbirlərin görülməsini zəruri hesab edən Rita İsmayılova bu il dişləmələrdən ölüm hadisəsinin olmadığını bildirdi. 

"Dişləmələrdən qorunmaq üçün mütləq vaksinasiya aparılmalıdır. Dişləmələr olduqda dərhal həkimə müraciət etməlidirlər. Heyvan dişləməsi zamanı quduzluğa yoluxan şəxs öldüyündən yeganə profilaktik müalicə vaksinasiyadır. Vaksinasiya isə mərkəzləşdirilmiş formada aparılır. Odur ki, sakinlərin vaxtında vaksin qəbul etməyi vacibdir”.

  • Müəllif: Guler
  • Tarix 25-12-2013, 17:53
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 648
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac