Bu il Azərbaycan 24 milyon dollar məbləğində elektrik enerjisi ixrac edib

Bu il Azərbaycan 24 milyon dollar məbləğində elektrik enerjisi ixrac edib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələri əsasında 586 657.03 min kVt/s miqdarda elektrik enerjisi ixrac edib.

  Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu miqdarda elektrik enerjisinin məbləği 24 mln. 311 min dollar təşkil edib.

Ötən ilin yanvar-noyabr aylarında isə gömrük bəyannamələri əsasında 473 090.9 min kVt/s miqdarda ixrac olunan elektrik enerjisinin məbləği 24 mln. 202 min dollar təşkil edib.

Bu ilin 11 ayında Azərbaycanın sayğac göstəriciləri əsasında ixrac etdiyi elektrik enerjisinin miqdarı isə 114 251.7 min kVt/s olub.

Ötən ilin yanvar-noyabr ayları ərzində isə Azərbaycan sayğac göstəriciləri əsasında 329 193.5 min kVt/s miqdarında elektrik enerjisi ixrac edib
  • Müəllif: Guler
  • Tarix 26-12-2013, 10:59
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 703
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac