Kinomuzun "Qaraca qızı": "Məni bir də narahat etməyin"

Kinomuzun "Qaraca qızı": "Məni bir də narahat etməyin"

 "Qaraca qız” filmini xatırlayarkən, çoxlarımızın gözləri önündə ilk olaraq qara dərili, saçları qara, qıvırcıq, toppuş və məsum sifətli bir uşaq obrazı canlanır. Elə o vaxtdan aktrisa Sevil Zeynalovanı hamı "qaraca qız” kimi tanıyır. 47 il öncə çəkilən fimlə tarixə düşən aktrisa nədənsə sonradan sənətdən uzaqlaşmaq qərarına gəlir. Bu onun çəkildiyi ilk və son kino idi. Kinodan gedişindən sonra akrtisa nədənsə hər kəsdən də uzaq olmaq istəyirdi. İndiyə kimi dəfələrlə mətbuat nümayəndələri "qaraca qız”la əlaqə saxlamağa cəhd etsə də aktrisa bundan imtina edir, danışmaq istəmirdi.

Biz də onunla əlaqə saxlamağa çalışdıq. Hal-əhval tutub, indiki fəaliyyəti ilə maraqlanmaq istədik. Akrtisa danışmaq istəməsədə onun harada çalışdığını öyrənə bildik.

Danışığından küskünlüyü hiss olunan "qaraca qız” xeyli müddətdir ki, Mədəniyyət və İncəsənət Universitetenin Rejissorluq fakültəsində dərs deyir.
Yalnız müəllimlik fəaliyyəti ilə məşğul olduğunu deyən "uşaq obrazı” kino aləmindən tamamilə uzaqlaşdığını qeyd edib:

"İmtahan vaxtlarıdır, vaxtım yoxdur, həm də xəstələnmişəm. Müsahibə də vermək istəmirəm. Saytlarla, internetlə də maraqlanmıram, başım çıxmır. Kinodan da tamamilə uzaqlaşmışam, əlaqələrim yoxdur, sadəcə burada dərs deyirəm. Bağışlayın dərsdəyəm, danışa bilmirəm, məni bir də narahat etməyin”.

  • Müəllif: Sebine
  • Tarix 26-12-2013, 19:01
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 897
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac