dunyatv.az
CANLI YAYIN

Kişiyə dönən pəhləvan qadın: "Bunu istəmirdim" - VİDEO - FOTO

24-10-2013, 14:44

Kişiyə dönən pəhləvan qadın: "Bunu istəmirdim" - VİDEO - FOTO

 

 

Kişiyə dönən pəhləvan qadın: "Bunu istəmirdim" - VİDEO - FOTO

 

Kişiyə dönən pəhləvan qadın: "Bunu istəmirdim" - VİDEO - FOTO

 

 
 
 
"Qadınam və təbii ki, indiki vəziyyətimdən xoşlanmıram. Uşaqlıq illərimdən bəri güclü, sərt, qüdrətli olmaq istəmişəm. Bu arzunu illərlə qəlbimdə saxlamışam. İndi isə xəyallarım çin olmağa başlayır. İndi kişi oluram. Steroidlər məni arzuma yaxınlaşdırsa da, qadınlığımı əlimdən aldı".
 
Bədəni dəmir kimi əzələlərdən ibarət 28 yaşlı Kendis Armstronq belə deyir. Onun dediyinə görə, steroidlər qəbul etməyə başlayandan sonra üzünə və bədənin müxtəlif yerlərinə tüklərin sıxmağa başlaması, üz quruluşunun sərtləşməsi, səsinin boğuqlaşması, ən başlıcası isə əzələlərinin şişməsi ona xoşdur.
Kendisin dediyinə görə, həyatını və özünü tam normal sayana qədər steroidlər qəbul etməyə davam edəcək.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kendis Armstronq TLC telekanalında realiti-şouların sabiq ulduzu Codi Marşın "Jodie Marsh On... Steroids" proqramının yeni qəhrəmanıdır.

Steroidlər bir çox bodibilderlər və xüsusilə də Hollivud aktyorları üçün həyatın ayrılmaz hissəsinə çevrilib.
Fəqət böyük əzələlərə nail olmağa imkan verən steroidlər qaraciyəri və böyrəkləri dağıdır, orqanizmdə çox ciddi problemlər yaradır.
Londonun Uoltemstou səmtində yaşayan və əvvəllər restoran bufetində çalışmış 28 yaşlı Kendis Armstronq da həyatını steroidlərə qurban verib.

Bodibildinqlə məşğul olaraq mümkün qədər "yaxşı nəticələr" əldə etməyə can atan Kendisin sürəkli steroidlər qəbul etməsi onu qadınlıqdan çıxarıb.
Kişiyə bənzəyən Kendis isə halından razıdır.
 
"Belə olmasını əsla istəməzdim. Steroidləri qəbul edəndə yaxşı bədən arzulayırdım. Başladım, sonra dayana bilmədim. İndi kişiyə bənzəyirəm. Özümdən utanıram. Mənə "pəhləvan qadın" deyirlər. Halbuki "zərif qadın" deyilməsini istərdim. And olsun Tanrıya ki, belə olmasını arzulamırdım. Fəqət, artıq gecdir", - Kendis Armstronq deyib.


Oxunub: 1 532

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.