2 yaşlı çoban hamını heyrətləndirir

2 yaşlı çoban hamını heyrətləndirir

 

İngiltərənin Dorset qraflığındakı Sikspenni Həndli bölgəsində ölkənin ən balaca çobanı yaşayır. Onun cəmi 2 yaşı olsa da, hər gün 80 qoyun və quzu otarır.

2 yaşlı Artur Consun adı "Britaniyanın ən balaca çobanı" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Nənəsinin fermasında yaşayan balaca Artur kiçik, akkumulyatorlu "kvadrotsikl"inə hər səhər oturur, qoyunları otarmağa aparır.

Dorset Horn fermasında çobanlıq edən Arturun dediyinə görə, qoyunları çox sevir. Arturun nənəsi Niki Consun dediyinə görə, nəvəsi 6 aylıq olanda qoyunlara meyl salıb.

İngiltərədə çobanlar arasında keçirilmiş müsabiqələrdən indiyədək 3-də qalib gəlmiş Artur barədə artıq sənədli film də çəkilir.
"Artur yeriməyə başlayandan sonra mənimlə çəmənliyə çıxdı və qoyunları bir yerə yığmağa kömək etdi. O, serebral iflic ilə doğulmuşdu və qoyun otarmaq da ona yardım etdi. Daha doğrusu, inanılmaz olsa da, çobanlıq balamı iflicdən qurtardı. Artur indi normal hərəkət edir, gəzir, qaçır, əylənir.
  • Müəllif: Guler
  • Tarix 27-12-2013, 18:41
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 697
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Arxiv
Sayğac