7 dollara Havay adalarına səyahət

 

Amerikanın iri aviaşirkətlərindən biri olan "Delta Airlines” kompüter sistemində yaranan problem səbəbindən biletləri çox ucuz qiymətə satıb.

Təqribən iki saat ərzində aviabiletləri onların real qiymətinin təxminən 10 faizi dəyərində əldə etmək mümkün olub.

Şirkətin saytının işində yaranan problem təqribən səhər saat 10 radələrində baş verib və saat 12-yə qədər davam edib.

Bu müddət ərzində adətən 400 dollardan baha satılan daxili reys biletlərini 40-60 dollara almaq mümkün olub. Bundan əlavə, Havay adalarına hər iki istiqamət üzrə biletləri cəmi 6,90 dollara almaq olub.

Adətən isə bütün ölkə üzrə aviauçuşların qiyməti bir neçə yüz dollardan bir neçə min dollara qədər olurdu.

Biletlərin ucuz satılma xəbəri internetdə sürətlə yayılıb. Hamı təkcə özü üçün deyil, tanışlarına da bilet almağa başlayıb. Havay adalarına 6 bilet alan adamlar qeydə alınıb.

Şirkət nümayəndəsi alınan biletlərin ləğv olunmayacağını bəyan edib./Teleqraf.com
  • Müəllif: Guler
  • Tarix 27-12-2013, 19:40
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 618
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac