Bir neçə həftə ömrü qalan sevgilisiylə evləndi

 İngiltərədə 5 ildir vətəndaş nikahıyla yaşayan sevgililərin xoşbəxtliyinə xərçəng mane olub. Bir neçə həftə ömrü qalan 23 yaşlı Feliks iki uşağının anası Kolayla xəstə yatağında evlənib.

Tez-tez qıcolma keçirən Feliks keçən ay həkimə gedəndən sonra şok olub. Həkimlər bağırsaqlarında böyük bir şiş təsbit etdiklərini və onun əməliyyatla alınmasının mümkün olmadığını söyləyib.

Bir neçə həftə ömrü qalan 23 yaşlı gənc vəziyyətini birlikdə yaşadığı sevgilisi Kolaya gözyaşları içində izah edib. İki yaşında oğlu və dörd aylıq qızları olan cütlük evlənməyə qərar verib. Ancaq Feliksin səhhəti yataqdan qalxmasına imkan vermədiyindən sevgililər xəstəxanada evləniblər.

  • Müəllif: Sebine
  • Tarix 27-12-2013, 15:16
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 660
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Arxiv
Sayğac