dunyatv.az
CANLI YAYIN

Mingəçevirdə olay: Uşaq öldü, ana komaya düşdü

28-12-2013, 20:10

Mingəçevirdə olay: Uşaq öldü, ana komaya düşdü

 

 Mingəçevirdə doğuş zamanı uşaq ölüb, ana komaya düşüb.

Hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Mama-ginekoloq Gülnarə Quliyevanın rəhbərliyi ilə həyata keçirilən doğuş əməliyyatı faciə ilə nəticələnib. Övladını dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirilən Mingəçevir şəhər sakini 34 yaşlı Esmira Ocaqverdiyevanın vəziyyəti doğuş zamanı qəflətən pisləşib. Doğuş zamanı uşaq ölüb, vəziyyəti ağır olan ana isə reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, doğuşdan sonra qadında kəskin qanaxma baş verib və xəstə dərhal əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb. Buna hamiləliyin son ayında qadının səhhətində yaranan problemin və yüksək təzyiqin səbəb olduğu bildirilir. Həkimlər qadının vəziyyətinin ağır olduğunu deyirlər.

Xəstəxanadan qadına vaxtında tibbi yardımın göstərildiyini desələr də xəstənin qohumları uşağın ölümündə və Esmira Ocaqverdiyevanın komaya düşməsində həkimlərin günahkar olduğunu bildirirlər. Qeyd edək ki, Esmira Ocaqverdiyevanın 3 yaşında bir övladı var. Faktla bağlı araşdırma aparılır. 

Zərərçəkənin qardaşı Niyaz Məmmədov deyir ki, bacısı övladını dünyaya gətirmək üçün sap-sağlam xəstəxanaya gəlib: " Uşaq içəridə təyin ediblər ki. ölüdür. Uşağı iynəynən saldırıblar. Yəni bunu əməliyyatla götürməyiblər. Daha sonra yerləşdiriblər palataya. Qan dolub bunun içərisinə qan beynini öldürüb. Bunun bədənində 12 faiz qan qalıb".

Şöbə müdiri Mahmud Qasımov isə deyir ki, onun doğuşunu rahat yolnan tutublar: "Sadəcə uşaq ölü olduğu üçün daxildə qanaxma baş verib xəstəxanaya daxil olana qədər. Ona görə də uşaq doğulduqdan sonra anada prafloz qəfləti qanaxma baş verib. 5-10 dəqiqə müddətinə demək olar ki, bədənindəki bütün qanı itib qurtarıb.

 

Təcili reanimasiyaya götürüb yardım etmişik. Xəstənin qanını dayandırmışıq  müvəqqəti. İtirdiyi qanı qismən bərpa etməyə çalışmışıq qismən də olsa. Sonra qanaxma kəsmədiyi üçün təcili olaraq əməliyyat edib qanaxma mənbəyi olan uşaqlığı əməliyyat vasitəsilə ekistirpasiya edib götürmüşük".


Oxunub: 1 021

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.