dunyatv.az
CANLI YAYIN

Özünü yandıran Qarabağ qazisi öldü

29-12-2013, 11:06

Özünü yandıran Qarabağ qazisi öldü

[/b][/b][/b]

[/b][/b][/b]

[/b][/b][/b]
Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov 28 dekabr, saat 22.10 radələrində dünyasını dəyişib. Bu barədə musavat.com-a jurnalist Rey Kərimoğlu məlumat verib. Az sonra geniş məlumat və şəkillər verəcəyik.
 
Qeyd edək ki, bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, iddia edirdi ki,  deputat Səttar Mehbalıyev tərəfindən obyekti əlindən alınıb, bu səbəbdən də etiraz olaraq özünü yandırıb.
 
Son dəqiqə:
Səhiyyə nazirliyi ölüm xəbərini təkzib edən açıqlama yayıb. Müxbirimiz hazırda xəstəxanadadır, az sonra əlavə xəbər olacaq.
Saat 22.32. Xəstəxanadakı müxbirimiz faktı təsdiq etdi. Qarabağ qazisi Zaur Həsənov 5 saylı xəstəxanada dünyasını dəyişib. Müsavat.com-un müxbiri bildirir ki, hazırda səhiyyə nazirinin müavinləri, Qarabağ qazilərini özündə birləşdirən təşkilatların təmsilçiləri xəstəxanadadırlar.
Musavat.com


[/b][/b][/b][/b][/b][/b][/b][/b][/b][/b][/b][/b][/b][/b][/b]


Oxunub: 886

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.