Bu günün hava proqnozu

Dekabrın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat 
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 6-10° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 15-20°, bəzi yerlərdə 23°-dək şaxta, gündüz 8-13° şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 3-8° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcək.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta təşkil edəcək.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 0-5° şaxta, gündüz 6-10° isti təşkil edəcək.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, gün ərzində havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

 

  • Müəllif: Pervin_M
  • Tarix 29-12-2013, 11:04
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 492
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac