dunyatv.az
CANLI YAYIN

Sumqayıtda iki ayın əsgəri dünyasını dəyişib

29-12-2013, 16:39

Sumqayıtda iki ayın əsgəri dünyasını dəyişib

 Daxili Qoşunların əsgəri dünyasını dəyişib.
 
 

Hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov hərbi hissənin ərazisində təmizlik işləri apararkən qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib.

 

Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

[/b][/b][/b]


Oxunub: 895

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.