Yanvar qarlı, buzlu gəlir - AYLIQ RPOQNOZ

Yanvar qarlı, buzlu gəlir - AYLIQ RPOQNOZ

Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, lakin ayın ikinci yarısında temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir. Ayın ikinci yarısının bəzi günlərində anomal soyuq şaxtalı hava şəraiti üstünlük təşkil edəcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat daxil olub.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-7 dərəcə isti, ikinci yarısında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 13-18, bəzi günlərdə 23-28 dərəcə şaxta, gündüzlər 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın olacaq. Ayın yarısında orta sutkalıq temperatur 1-5 dərəcə şaxta təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-25 mm) olacağı ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 5-10, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında
orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 5-10, bəzi günlərdə 15 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 21-26 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6 dərəcə şaxta təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 8 dərəcəyədək şaxta, gündüzlər 5-10 dərəcə isti , bəzi günlərdə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 17-30 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 5-9 dərəcə şaxta, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 63-98 mm) olacağı ehtimal edilir.

  • Müəllif: Guler
  • Tarix 29-12-2013, 16:39
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 948
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac