dunyatv.az
CANLI YAYIN

Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı

26-10-2013, 12:17

 

 
 
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı başa çatmaq üzrədir. Azerisport.az xəbər verir ki, dünən axşam proqramında daha bir təmsilçimiz rinqə çıxıb.
  
+91 kq-da milli komandamızın lideri Məhəmmədrəsul Məcidov, London-2012-də hakimlər tərəfindən uduzdurulduğu Roberto Kammarelleyə qarşı döyüşüb.

Gərgin mübarizədə titullu boksçumuz olimpiadadakı məğlubiyyətin əvəzin çıxıb.
  
Görüşün gedişində, idmançımız, italiyalı rəqibinə sağ yumruğu ilə güclü zərbə endirərək, hakimləri hesab açmağa məcbur da edib. Məhəmmədrəsul Məcidov finalda yerli rinq ustası İvan Dıçko ilə qarşılaşacaq.
 
Bu gün daha bir idmançımız həlledici mərhləyə yüksəlib. Cavid Çələbiyev (56 kq) ev sahibi Kayrat Yaralıyevi üstələyib. Teymur Məmmədov (91 kq) isə, bürünc medal qazanıb.


Oxunub: 1 109

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.