Yağları əritmək üçün 5 kokteyl

Yağları əritmək üçün 5 kokteyl

Yağları əridən kokteyllər arıtq kilolardan qurtulmaq üçün yaxşı vasitədir. Onlar metabolizmi tezləşdirir, aclıq hissini yatırır, orqanizmi vitamin və minerallarla zənginləşdirir.

Birinci resept

Tərkibi:

1 kivi
2 dilim limon
7 budaq nanə
7 budaq cəfəri
100 ml su
bal - zövqə və istəyə görə

Kivini təmizləyib xırdalayın, blenderə yığın. Limon, göyərti və suyu əlavə edib, yaxşıca qarışdırın. Qarışdıran kimi için.



İkinci resept

Ekzotik meyvələri xoşlayanlar ananas və qreypfrut dadlı kokteyli bəyənəcəklər. Bu məhsullar boranı tumu ilə birlikdə əla piy əridir.

Tərkibi:

1/4 əd. qreyprut
4 dilim ananas
250 ml qatıq
30 q boranı tumu
30 ml kokos yağı

Qreypfrut və ananası təmizləyin, dilimləyib xırdalayın, blenderə yığın.

Meyvələrə qatıq, boranı tumu, kokos yağı əlavə edərək yaxşıca qarışdırın.


Üçüncü resept

Təcili arıqlamalısınız? "Ağır artilleriya"nı işə salın: qatıq, darçın və istiot sizə kömək olar. Türş süd məhsulları həzm sisteminin işini yaxşılaşdırır, ədviyyatlar isə kaloriləri tez yandırır.

Tərkibi:

250 ml qatıq
1 çimdik qırmızı istiot
0,5 ç.q. zəncəfil
0,5 ç.q. darçın

Bütün inqredientləri blenderdə qarışdırın. Hazır olan kimi için. Ən yaxşısı yuxudan əvvəl qəbul etməkdir.


Dördüncü resept

Əgər pəhriz saxlayan zaman könlünüzə şirin bir şey yemək düşürsə, o zaman "təhlükəsiz" və faydalı kokteyl hazırlayın.

Tərkibi:

250 ml su
1 ç.q. bal
1 ç.q. alma sirkəsi
1 budaq darçın

Suyu bal və sirkə ilə qarışdırın, darçın əlavə edin. Bu kokteyli günün əvvəlində içsəniz, daha yaxşı olar.


Beşinci resept

Ən yaxşı yağ əridənlərdən biri də kərəviz hesab olunur. Həmçinin o, kokteyl və smuzilərdə digər ərzaqlarla, məsələn, alma yaxşı uyuşur.

Tərkibi:

200 q kərəviz
2 alma
0,5 laymın şirəsi
100 ml su
0,5 st. buz

Kərəviz budaqlarını doğrayın, blenderə yığın, təmizlənib xırdalanmış alma və laym şirəsi əlavə edib çalın.

Su əlavə edib yenə çalın. Sonra buz əlavə edin. Buz əvəzinə əlavə 100 ml su əlavə edə bilərsiniz.

Sağlam olun!

  • Müəllif: Guler
  • Tarix 30-12-2013, 11:50
  • Bölmə: Xəbərlər, Sağlamlıq (Tibb)
  • Baxılıb: 1318
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac