Azərbaycanda ictimai yerdə siqaret çəkən adam nə qədər cərimə ödəyəcək?

"Parlamentin Sosial siyasət komitəsinin hazırladığı "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsi 2014-cü ilin yaz sessiyasında müzakirəyə çıxarılacaq”. 

Bunu Modern.az-a komitə sədrinin müavini Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, ictimai yerlərdə siqaret çəkilməsinə nəzarət və bu inzibati xətaya görə cəzalar da müzakirələr zamanı müəyyənləşəcək. "İctimai yerlərdə siqaret çəkilməsinə qarşı hazırlanan qanun layihəsinə bu işə konkret olaraq kimin, yəni hüquq-mühafizə orqanları, ictimai təşkilatlar və s. nəzarət edəcəyi hələ ki bəlli deyil. Yalnız layihənin müzakirəsi zamanı səslənən təkliflər əsasında bu normaları müəyyən ediləcək. Cəzalar və cərimələr də artıq bundan sonra İnzibati Xətalar Məcəlləsinə daxil olunacaq” .

Qeyd edək ki, hazırda bir sıra, o cümlədən ilk dəfə İrlandiyada (2004-cü il) olmaqla, Almaniya Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İtaliya, Danimarka, Yunanıstan, Hindistan, Misir, İspaniya, Çin, Rusiyada və s. oxşar qanun qüvvədədir.

İrlandiyada ictimai yerdə siqaret çəkməyə görə 3 min avro, İsveçdə – 100 avro, Britaniyada 2500 funt sterlinq, Almaniyada – 25-250 avro, Hindistanda 4, 25 ABŞ dolları, Fransada 68 avro, Yaponiyada 13-500 ABŞ dolları, ABŞ-da – 250-1000 dollar, Yunanıstanda – 50-3000 min avro arası cərimə nəzərdə tutulub.
  • Müəllif: Sebine
  • Tarix 30-12-2013, 15:50
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 579
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac