dunyatv.az
CANLI YAYIN

Azərbaycan boksçuları tarix yazdılar

26-10-2013, 18:22

 

 

 
Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında baş mükafata sahib çıxan Məhəmmədrəsul Məcidov (+91 kq) Azərbaycan boksunda tarix yazıb. Azerisport.az xəbər verir ki, 2011-ci ildə Bakıda təşkil olunmuş eyni yarışda qızıl medal qazanaraq Ağası Məmədovun (54 kq, 2013) nəticəsini təkrarlayan idmançı, bu uğura 2 il sonra yenə yetişərək, ilk 2-qat dünya çempionumuz olub.
 
Almatıdakı planetin ən güclülərinin mübarizəsində rekord da qeydə alınıb. Milli komandamız ilk dəfə 2 qızıl mükafatda, ən böyük nəticəsini qazanıb.
 
Buna qədər, paytaxtımızda keçirilmiş dünya çempionatı bizim üçün ən uğurlu sayılırdı: 1 qızıl və 1 gümüş medal.
 
Xatırladaq ki, Məhəmmədrəsul Məcidovla (+91 kq) yanaşı Cavid Çələbiyev (56 kq) qızıl və Teymur Məmmədov (91 kq) bürünc medal qazanıb.
 
Məcidovla Məmmədov üçün başqa bir əlamətdar hadisə, bu titullu boksçuların dünya çempionatlarında 2 dəfə, üstəlik, ardıcıl (olimpiada ilində DÇ təşkil olunmur) fərqlənmələridir.


Oxunub: 1 180

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.