Marsda yaşayacaq ilk 1000 nəfər seçildi

Marsda yaşayacaq ilk 1000 nəfər seçildi

Qırmızı planetdə yaşamaq üçün ərizə verən 200 min nəfər arasında ilk qrup seçilib.
Min nəfərdən ibarət bu qrupda ən yaşlı insanın 81 yaşı var. Bu qrupun içindən yalnız 40 nəfərə Marsa uçmaq üçün bir tərəfli bilet veriləcək. Marsda ilk insan məskənlərinini 2023-cü ildə salınacağı gözlənilir.
DunyaTv.az xarici mətbuata istinadən xəbər verir ki, Marsda yaşamaq istəyənlərin əksəriyyəti ABŞ-dan olub – 297 nəfər, 75 nəfər Kanada, 62 nəfər Hindistan, 52 nəfər isə Rusiyadandı. Min nəfərlik qrupa daxil olanların əksəriyyəti işləyən insanlardı. Çox az qismi isə tələbədi.
Marsa getmək istəyənlərin hər birindən niyə bu addımı atmaq istədiklərini soruşublar. Cavablar və ərizə verənlərin sağlıq durumuna əsasən Marsda yaşayacaq ilk insanların tərkibi seçiləcək. Marsa getmək üçün ərizə göndərənlərin bəziləri hətta çılpaq halda videolarını çəkib göndəriblər.
  • Müəllif: Guler
  • Tarix 3-01-2014, 10:45
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 555
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac