Yanvarın 7-dən benzin 1 manat olacaq

Yanvarın 7-dən benzin 1 manat olacaq

Cənub bölgəsindəki yanacaq doldurma məntəqələrində benzin ajiotajı yaşanır və avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir; Yanvarın ilk iş günü Tarif Şurasının benzinin yenidən bahalaşması qərarının elan ediləcəyi gözlənilir

Cənub bölgəsindəki yanacaq doldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir. Sürücülərə bildiriblər ki, yalnız 5 manatlıq benzin ala bilərlər. Bu barədə müsavat.com-a Masallıdakı mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, cənub bölgəsindəki yanacaqdoldurma məntəqələrində həyəcanlı anlar yaşanır. Məntəqələrdə böyük növbələr yaranıb, sürücülərlə yancaqdolduranlar arasında mübahisələr pik həddinə çatıb, hətta əlbəyaxa dava halları da müşahidə edilir. Yanacaqdolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.
Hökumətdəki mənbələr isə musavat.com-un müxbirinə benzin qıtlığının təsadüfü olmadığını deyib. Mənbə bildirib ki, böyük ehtimalla yanvarın ilk iş günü (7 yanvar) Tarif Şurası benzinin yenidən bahalaşması ilə bağlı qərarını elan edəcək. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır və ona görə də benzin satışını məhdudlaşdırıblar ki, ucuz qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata qədər artırıla bilər.
Benzin sonuncu dəfə bir ay öncə - Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
Bunun ardınca mediada yanvarda benzinin yenidən bahalaşacağı ilə bağlı məlumatlar dolaşsa da, Tarif Şurası məlumatları təkzib edib. Ekspertlər də benzinin 1 ayda 2 dəfə bahalaşacağına şübhə ilə yanaşırdılar. Ancaq görünür, bu məlumatlar məqsədi şəkildə dövriyyəyə buraxılıb. Prezident də dekabrın sonunda enerji daşıyıcılarının, o cümlədən də benzinin xarici ölkələrlə müqayisədə ucuz olduğunu dilə gətirmişdi. Bəzi pessimist müşahidəçilər bunu yeni bahalaşma dalğasının anonsu kimi dəyərləndirdi, baxmayaraq ki, optimistlər dəyərləndirməni bölüşmədilər. Yanvarın ilk iş günü Tarif Şurası bahalaşma qərarını elan edərsə, onda pessimistlərdən üzr istəmək lazım gələcək.
Nəhayət, 2007-ci ilin ilk iş günü – yanvarın 8-də də hökumət elektrik enerjisinin düz 3 dəfə qaldırılması ilə bağlı qərar qəbul etmişdi. 1 kVt/saat elektrik enerjisinin qiyməti 2 qəpikdən 6 qəpiyə qaldırıldı. Bu qərar başqa sektorlarda da bahalaşma üçün əsas rolunu oynadı və 8 yanvar 2007-ci il tarixi "qara yanvar” kimi yaddaşlara hopdu. Böyük ehtimalla 7 yanvar 2014-cü il də yaddaşlarda növbəti "qara yanvar” kimi qalacaq.

musavat.com

 

  • Müəllif: Pervin_M
  • Tarix 3-01-2014, 11:01
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 737
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac