Azərbaycanda yeni internet televiziya xidməti yaradılacaq

Azərbaycanda yeni internet televiziya xidməti yaradılacaq

 Dunyatv.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə Böyük Britaniyanın televiziya sənayesinin məşhur "Rapid TV News” gündəlik xəbər saytı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Over-The-Top” (OTT) texnologiyası üzərindən istifadəyə veriləcək yeni internet televiziya xidmətindən bəhs etmişdir.

Məqalədə deyilir ki, bu xidmət nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən yanvarın 15-də istifadəyə veriləcəkdir. İlkin mərhələdə yeni texnologiya vasitəsilə 44 televiziya kanalına baxmaq mümkün olacaqdır. Xidmətin tarifi ayda 6 AZN təşkil edəcək və Azərbaycanda yayımlanan mövcud 23 milli və 12 regional televiziya kanallarının sayını artıracaqdır.

Məqalədə, həmçinin RİTN-in 2012-ci ilin son ayına olan statistikasına əsasən ölkəmizdə əhalinin 70 fazinin internet istifadəçisi olduğu vurğulanmışdır.

 


  • Müəllif: Sebine
  • Tarix 3-01-2014, 11:07
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 762
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac