Avatar filminin davamı Yeni Zelandiyada çəkiləcək

 Avatar filminin davamı Yeni Zelandiyada çəkiləcək
Oscar mükafatlı rejissor Ceyms Cameron , ilkini 2009-ci ildə çəkdiyi Avatar filminin davamını Yeni Zelandiyada çəkmək üçün hazırlıqlara başladığını açıqladı.

Dunyatv.az Türkiyə mətbuatından istisnadən xəbər verir ki, Məşhur rejissor , paytaxt Wellington'da Baş nazir John Key ilə təşkil etdiyi ortaq mətbuat konfransında Lightstorm Entertainment və Twentieth Century Fox şirkətləri tərəfindən çəkiləcək üç filmin prodüserliyini Jon Landau'nun boynuna götürdüyünü bildirdi.

"Titanic" , " Alliens " və "The Terminator " kimi əfsanəvi filmlərin rejissoru Cameron , Avatarın davamı xüsusiyyətindəki üç filmin 2015-ci ildən etibarən 9 ay ərzində çəkiləcəyini söylədi.

İlk filmi Dekabr 2016-cı ildə işıq üzü görəcəyini deyən Cameron, ikinci filmin 2017 , üçüncü filmin isə 2018-ci ildə nümayişə girəcəyini dedi.

Cameron bildirib ki, filmlərin bəzi səhnələrində saniyədə 24 kadr istifadə edilir.

Üç ölçülü çəkiləcək filmlər üçün büdcənin 25 faizini Yeni Zelandiya hökuməti ödəyəcək.

Dünya səviyyəsində təxminən 2,8 milyard dollar kassa gəliri əldə edərək kino tarixinin ən qazanclı filmlərindən biri olan Avatar , 67. Qızıl Kürə Mükafatlarında Ən Yaxşı Film və Ən Yaxşı Rejissor mükafatlarına , 82. Akademiya Mükafatlarında da "Ən Yaxşı Sənət Rejissoru " , "Ən Yaxşı Görünüş Rejissoru " və "Ən Yaxşı Vizual Efekt " budaqlarında üç mükafata layiq görülmüşdü.

Pandora adlı bir planetdə keçən film , mavi dərili , insanabənzər görünüşlü , sülh olan Na'vi xalqı ilə planeti ələ keçirməyə çalışan insanların əhvalatını izah edir.
  • Müəllif: Pervin_M
  • Tarix 3-01-2014, 11:27
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 649
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac