Yerə 5 metrlik astreoid düşüb

Yerə 5 metrlik astreoid düşüb

Göy cisminin Yer səthinə çatmamış dağılaraq parçalandığı xəbər verilir
Yerə 5 metr uzunluğunda astreoid düşüb. ANS PRESS-in "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyin edildikdən bir sutka sonra 5 metrlik 2014 AA asteroidi yanvarın 2-də səhər saatlarında Atlantika üzərində Yer atmosferinə daxil olub. Lakin göy cismi Yer səthinə çatmamış dağılıb. Asteroidin qalıqları mərkəzi Amerikadan şərqi Afrikaya qədər olan əraziyə səpələnib. 2014 AA asteroidinin ölçüsünün 3 metrdən 5 metrə qədər olduğu bildirilir.

Astreoidin Yer kürəsinə belə açıq şəkildə düşməsi indiyə qədər müşahidə olunan ikinci hadisədir. İlk dəfə belə hadisə 2008 - ci ildə baş verib və bir gün əvvəl təyin edilmiş2008 TC3 asteroidi Sudan ərazisinə düşüb.

2014 AA asateroidi yanvarın 1-də səhər Amerika observatoriyası Maunt - Lemmonda müəyyən edilib.
  • Müəllif: Guler
  • Tarix 3-01-2014, 15:11
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 579
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac