Ürəyi ilə dünya rekordunu təzələdi

İngiltərədə 31 il əvvəl ürək köçürməsi üzrə əməliyyat keçirən 71 yaşlı Con Makkafferti transplantasiyadan sonra ən uzun ömür yaşayan xəstə kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Trend BBC-yə istinadən məlumat verir ki, 31 il əvvəl Middlsiksdəki "Harefield" Xəstəxanasında ürək transplantasiyası üzrə əməliyyat olunan C.Makkaffertiyə əməliyyatdan əvvəl 5 il ömrü qaldığı deyilmişdi.

Qeyd edək ki, o, 20 noyabr 1982-ci ildə dünya şöhrətli cərrah Ser Maqdi Yakub tərəfindən əməliyyat olunmuşdu. Həmin vaxt onun 39 yaşı var idi. C.Makkafferti anadan gəlmə ürək xəstəsi olub.

C.Makkaffertidən əvvəl bu rekord 2009-cu ildə vəfat edən amerikalı bir kişiyə məxsus idi. Amerikalı xəstə ürək nəqlindən sonra 30 il, 11 ay, 10 gün yaşamışdı.

Xatırladaq ki, dünyada ürək transplantasiyası üzrə ilk əməliyyat Cənubi Afrikada həyata keçirilmişdi. Professor Kristian Nislinq Barnard və 30 həkimdən ibarət heyət Luis Uoşkanski adlı şəxsə ürək köçürmüşdülər. Xəstə yeni ürəyi ilə 18 gün yaşamışdı.

  • Müəllif: Guler
  • Tarix 3-01-2014, 16:30
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 648
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac