Sumqayıtdan su ŞİKAYƏTİ

 

 
 
Sumqayıt şəhərində əhaliyə içməli suyun verilişində fasilələr yaranıb. Bu barədə məlumatı 9-cu mikrorayonun sakinləri verib.
 

Koroğlu küçəsi, ev 10/27 – nin sakinlərindən AzNews.az-a daxil olan müraciətdə bildirilir ki, ərazidəki binalara bir neçə gündür ki, su verilmir: "Əvvəllər gün ərzində bir saat da olsa su verilirdi. Əslində qrafikə uyun olaraq su bir neçə saat fasiləsiz verilməlidir, amma gündə bir saat su glir. Son günlər isə ümumiyyətlə su verilmir. Bütün sakinlər narazıdır”.

Bununla bağlı əlaqədar qurumlara müraciət etdiklərini deyən sakinlərin sözlərinə görə, problem həll edilməyib:

"Hər dəfəsində bir bəhanə gətirirlər. Sonuncu dəfə nasosun xarab olduğunu dedilər. Amma problemi həll etməyə çalışmırlar. Biz də neçə gündür ki, problemin həllini gözləyirik. Şəhərin bəzi yerlərində də eyni vəziyyətdir. Amma mikrorayonda binaların əksəriyyəti su alır, bizim binanın su problemi isə həll edilmir”.


  • Müəllif: Ali
  • Tarix 3-01-2014, 15:13
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 550
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac