dunyatv.az
CANLI YAYIN

Yeni müdafiə nazirindən yeni təyinat

28-10-2013, 12:30

[/b]
 

 

 
[b]Heydər Əliyev adına Ali Hərbi məktəbinin kursant taborunun komandiri polkovnik Ənvər Əfəndiyev qərargah rəisi təyin edilib
Müdafiə naziri Zakir Həsənov yeni təyinat edib. Anspress-in məlumatına görə, bu barədə nazirin adına olan "Facebook" səhifəsində məlumat yayılıb.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində kursant taborunun komandiri polkovnik Ənvər Əfəndiyev Bərdə Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov vəzifəsindən azad edilmişdi. Müdafiə naziri Zakir Həsənovun əmri ilə bu vəzifəyə polkovnik Füzuli Salahov təyin edilib.


Oxunub: 1 859

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.