Azərbaycanda “KAMAZ”-la minik avtomobili toqquşub, üç nəfər ölüb

 

Xaçmazda dəhşətli yol qəzası baş verib.  dunyatv.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda "KAMAZ” markalı yük avtomobili və "Opel” markalı minik avtomobili toqquşub.

Nəticədə, minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Şükürov Allahverən Malik oğlu , sərnişinləri 1987-ci il təvəllüdlü Şükürov Vüsal Əzizağa oğlu  və 1983-cü il təvəllüdlü Seyidov Amid Yəhya oğlu  hadisə yerində ölüb, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər


  • Müəllif: Ali
  • Tarix 3-01-2014, 15:20
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 738
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac