BMW M135i qorxunc və cazibədar [foto]

Manhart -dan olan kökləmə üzrə mütəxəssislər bu dəfə çox məşhur BMW M135i heçbekin üstündə işləməyə qərar veriblər. Yeni paket avtomobilin zahiri görünüşünü gözə çarpacaq dərəcədə dəyişdirməklə bərabər onun gücünü də artırır.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin yeni siması qorxunc, amma cazibədardır. Manhart ona bir sıra yeni karbon elementlər əlavə edib və kuzovun üzərinə nazik tutqun təbəqə üz çəkib. Aşağı endirilmiş KW Clubsport asqısı və Michelin Super Sport şinləri geyindirilmiş 19 düymlük yüngül lehimli OZ Ultraleggera diskləri avtomobili daha yaraşıqlı edib. Həmçinin qeyd etmək lazımdır ki, yeni əyləc sistemi kapotun altında sayı artmış "atları" dayandırmaq üçün lap yerinə düşüb. Amma onu da qeyd etmək lazımdır ki, salon da idman kürsüləri, alkantara və karbon yerləşdirmələrlə yeni tərtibat əldə edib.
 
Altı silindrlə 3.0-litrlik aqreqat indi 400 a.g. və maksimum 561 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, standart komplektasiyada bu göstəricilər müvafiq olaraq 320 a.g. və 450 Nm təşkil edir. Göründüyü kimi heçbek yalnız daha yaraşıqlı olmayıb, həm də nəzərə çarpacaq dərəcədə daha sürətli olub. Amma hələlik nə sürət, nə də qiymət haqqında dəqiq rəqəm açıqlanmayıb.

BMW M135i qorxunc və cazibədar [foto]

BMW M135i qorxunc və cazibədar [foto]

BMW M135i qorxunc və cazibədar [foto]

BMW M135i qorxunc və cazibədar [foto]

BMW M135i qorxunc və cazibədar [foto]

 

  • Müəllif: Pervin_M
  • Tarix 4-01-2014, 11:27
  • Bölmə: Xəbərlər / Şəkillər
  • Baxılıb: 669
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac