Daha iki nazirimiz qohum olur

Bir müddət öncə quda olan daha iki məmurumuz bu günlərdə öz qohumluğunu rəsmiləşdirməyə hazırlaşır.

[b][/b] Dunyatv.az xəbər verir ki,"Axar.az”ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar. Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.   Gənclərin toy mərasimi yanvarın 10-da "Buta Palace”da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir.   Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir.  

"Dunyatv.az” saytı yeni ailə quran gənclərə xoşbəxtlik arzu edir. 

 

 

Daha iki nazirimiz qohum olur

 Daha iki nazirimiz qohum olur

 Daha iki nazirimiz qohum olur



 

 


 


  • Müəllif: Sebine
  • Tarix 4-01-2014, 12:05
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 707
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac