"Facebook" sosial şəbəkəsini məhkəməyə veriblər

"Facebook" sosial şəbəkəsini məhkəməyə veriblər

Sosial şəbəkə istifadəçiləri şirkətin öz mənfəəti üçün şəxsi mesajları reklam firmaları ilə paylaşmaqda ittiham edilir

ABŞ-ın Kaliforniya əyalətində iki "Facebook" istifadəçisi Amerikadakı bütün istifadəçilər adından adıçəkilən sosial şəbəkəni məhkəməyə verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şirkət istifadəçilərin şəxsi mesajlarını öz mənfəəti üçün bəzi firmalarla paylaşmaqda ittiham edilir. 

Şirkətin məhkəmə işinə Kaliforniya əyalətinin şimal bölgəsindəki ABŞ Regional Məhkəməsində baxılır. "Facebook" şirkəti əyalətin xüsusi gizlilik qanunlarını pozulmaqla təqsirləndirilir. 

İddia ərizəsində "Facebook"dan hər pozuntu halı üçün 100, zərər gördüyünü ifadə edən hər bir istifadəçi üçün də 10 min dollar təzminat istənilir.

Mövzu ilə bağlı açıqlama verən "Facebook" rəsmiləri isə ittihamların yersiz olduğunu və özlərini layiqincə müdafiə edəcəklərinə inandıqlarını deyib. Dunyatv.az
  • Müəllif: Pervin_M
  • Tarix 4-01-2014, 12:03
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 579
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac