Gəncədə uşaq bağçasında qumbara tapıldı

Bu gün saat 11:40 radələrində Gəncədə uşaq bağçasının həyətində istifadəyə yararlı olan əl qumbarası tapılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, "F-1" markalı qumbaranı ərazidə qazıntı aparan fəhlələr aşkar ediblər.
Əraziyə polis və xilasedicilər cəlb olunub. Bağçaya giriş-çıxış bağlanıb. Bağçada bayram günləri ilə bağlı uşaq olmasa da, işçilər evakuasiya ediliblər.
Hazırda mütəxəssislər qumbaranın zərərsizləşdirilməsi istiqamətində çalışırlar.
Qumbaranın bağçanın həyətinə kim tərəfindən atıldığı araşdırılır.
  • Müəllif: Guler
  • Tarix 4-01-2014, 12:49
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 606
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac