dunyatv.az
CANLI YAYIN

Dünyanın ən hündür adamı evləndi - FOTO

28-10-2013, 14:56

 Dünyanın ən hündür adamı evləndi - FOTO

 

Dünyanın ən hündür adamı evləndi - FOTO

 

Dünyanın ən hündür adamı evləndi - FOTO

 

Dünyanın ən hündür adamı evləndi - FOTO

 

 
Boyu 2 metr 51 santimetr olan və dünyanın ən hündür adamı sayılan türk Sultan Köşen evlənib. O, boyu 1 metr 72 sm olan suriyalı Merve Dibo ilə ailə qurub.

Milli.Az CNN-ə istinadən bildirir ki, Türkiyənin Mardin şəhərindən 45 km uzaqlıqdakı Derik rayonunda, Dede kəndində yaşayan Sultan Köşen dünyanın ən hündürboylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Artıq 5 ildir ki, Sultan bu rekordun tək sahibidir.
Sultanla onun nişanlısı, suriyalı Mervenin toyu "Mova Park Dügün Salonu"nda olub.
Toy möhtəşəm olub və mərasimə 3500-dən artıq qonaq qatılıb.

Qonaqlar arasında Mardin vilayətinin valisi Ahmet Çengiz, bölgənin ağsaqqalları, siyasətçilər vardı. Kürd, ərəb və türk dillərində mahnıların səslənib rəqslərin oynandığı toyda qonaqlar Sultan Köşenlə şəkil çəkdirmək üçün növbəyə girmişdilər.

Sultan Köşenin əlinin uzunluğu 27,5 sm, ayaqlarının uzunluğu isə 36,5 sm-dir.
30 yaşlı Sultanın dediyinə görə, o, çoxdan bəri ailə qurmaq istəyirdi və Merveni "tapdığına" görə çox sevinir.

Hipofizin nadir pozuntusu olan "nəhənglik" sindromuna mübtəla olmuş Sultan Köşenin orqanizmində böyümə hormonu daim fəaliyyətdə olduğundan onun boyu hələ də artmaqdadır.


Oxunub: 3 763

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.