Üçayaq insanlar, uzunsov sifətlər... - İlk dəfə görəcəyiniz xəstəliklər

Onlar fiziki və genetik xəstəliklərinə görə digər insanlardan fərqlidirlər.


Vang

1930-cu ildə Rus bir səyyahın gördüyü çinli cütçü Vangın başında buynuza bənzəyən bir şey çıxmışdı. Ümumi görünüşünə görə normal insanlardan fərqlənməyən Vangın başının arxasındakı 30 santimetr böyüklüyündə buynuz çıxmışdı. Rus səyyah Vangın şəkilini çəkib məşhur şoumen Robert Ripleyə göndərib. Ripley Vanga səhnəyə çıxmağı üçün böyük miqdarda pul təklif edib. Lakin Vang 1930-cu illərdə gözdən itib, bir daha da görən olmayıb.


Meri Ann Bevan

1874-cü ildə Londonda doğulub. Səkkiz bacıdan biri olub. 1903-cü ildə tibb bacısı ikən baqqalla evlənib. Evlənəndən sonra böyümə hormonu sindromunun əlamətləri başlayıb. Bu sindrom vücudunun bir hissəsində böyümələrə yol açırdı. Bevanın başı dəhşətli şəkildə böyüməyə başlayıb. Bundan sonra güclü baş ağrıları, görmə zəifliyi və əzələ ağrıları artıb.


Mirtle Korbin

Cozef Mirtle Korbin ABŞ-ın Tennessee əyalətində 1868-ci ildə doğulub. Doğulanda 4 ayaqlı olub. Çünki ana bətnindəki əkizi tam inkişaf etməmişdi. Lakin ayaqlarından ikisi o birilərinə nisbətən balaca idi. Digər iki ayağı ona sadəcə gəzəndə gecikməsinə səbəb olub.


Madmazel Gabriel

1884-cü ildə İsveçrədə doğulan Gabriel Fuller bədəninin aşağı hissəsi olmadan doğulub. 1900-cü ildə Parisdə sirk şousuna qatılıb. İki dəfə evlənən Gabrielin bədəninin yuxarı hissəsi tamamilə qüsursuz idi. Lakin yarımçıq doğulması ona bir çox çətinlik yaradırdı.

Madam Klofullia

İsveçrədə doğulub. Doğuşdan üzündə tüklərlə doğulan Klofullianın 8 yaşında 5 santimetr uzunluğu olan saqqalları var idi. Bundan istifadə edərək turnelerə gedib. 14 yaşında Avropa turnesine çıxıb və Parisdə tanış olduğu rəssamla evlənib. Saqqalları III Napoleona oxşadığı üçün daha da məşhurlaşıb. Bu şöhrəti sayəsində Napoleon ona böyük bir almaz hədiyyə edib.



Üçayaq insanlar, uzunsov sifətlər... - İlk dəfə görəcəyiniz xəstəliklər



 

  • Müəllif: Guler
  • Tarix 4-01-2014, 14:45
  • Bölmə: Xəbərlər / Şəkillər / Maraqlı
  • Baxılıb: 799
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac