Kim Çen əmisini itlərə yem etdi - ŞOK

Şimali Koreya liderindən ağılasığmaz qərar

Çinin "Ven Vei Po" rəsmi dövlət qəzeti Şimali Koreya lideri Kim Çen Inın əmisinin edamı haqqında yazıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qəzetin iddialarına görə, çan Son Txeki diri-diri itlərə yem ediblər. Onunla bərabər eyni işdə ittiham olunan beş nəfər də üç gün ac saxlanılan 120 itə yem ediblər.


Bununla belə, məlumat rəsmən təsdiq olunmur. Bir sıra mətbu orqanlar iddia edirlər ki, belə bir məlumatın arxasında Pxenyanın siyasi kursundan narazı olan rəsmi Pekin dayanır.

Hüquq müdafiəçiləri isə məlumatın doğruluğuna şübhə ilə yanaşırlar. Onların fikrincə bu cür qəddar cəza üsulu hətta Şimali Koreya rejimi üçün də həddən artıqdır.



Bundan əvvəl yayılan məlumatda deyilirdi ki,Çan Son Txek və onun tərəfdarları dekabrın 12-də dövlət təhlükəsizliyi nazirliyində güllələniblər. Onların edamı üçün zenit pulemyotlarından istifadə olunub. Edam mərasimində Şimali Koreya Əmək Partiyasının yüksək çinli məmurları da iştirak ediblər. Həmin məlumat da rəsmi təsdiqini tapmamışdı.

Qeyd edək ki, Şimali Koreya liderinin əmisi ölkədə ikinci şəxs hesab olunurdu. Kim Çen In hələ ölkəni müstəqil idarə edə bilməyəndə Çan Son Txek Şimali Koreya liderinin siyasi müəllimi hesab olunurdu. Çan Son Txekə qarşı irəli sürülən rəsmi ittiham dövlət vəsaitlərinin qadınlara və narkotik maddələrə xərclənməsidir. Amma bu ittiham şübhə doğurur. Onun edamının əsas səbəbi ölkənin siyasi həyatında həddən artıq nüfuzu olması idi.

Kim Çen In xalqa Yeni il müraciətində deyib ki, Çan Son Txekin edam olunması dövlətin qüdrətlənməsində mühüm rol oynayıb
  • Müəllif: Guler
  • Tarix 4-01-2014, 14:45
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 661
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac