Ağsuda “Jiquli” hasara çırpıldı - ÖLƏN VAR

Ağsuda “Jiquli” hasara çırpıldı - ÖLƏN VAR

Ağsu rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 3-də gecə saat 23:30 radələrində Ağsu şəhərində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Rəhimov Azər Xaqani oğlunun idarə etdiyi 90-EZ-247 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü Azər Rəhimov və onun sərnişini, Maşadqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Ülvi Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Ülvi Kərimov aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

  • Müəllif: Guler
  • Tarix 4-01-2014, 14:45
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 752
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac