dunyatv.az
CANLI YAYIN

Bacısını itirən azərbaycanlı müğənni onun 40-ı çıxmadan səhnədə oxudu - FOTO

28-10-2013, 16:06

 

Bacısını itirən azərbaycanlı müğənni onun 40-ı çıxmadan səhnədə oxudu - FOTO

 

Bacısını itirən azərbaycanlı müğənni onun 40-ı çıxmadan səhnədə oxudu - FOTO

 

Bacısını itirən azərbaycanlı müğənni onun 40-ı çıxmadan səhnədə oxudu - FOTO

 

Bacısını itirən azərbaycanlı müğənni onun 40-ı çıxmadan səhnədə oxudu - FOTO

 

 
Bir neçə gün əvvəl bacısının ölümü ilə sarsıdıcı zərbə almış müğənni Mətanət Əsədova yenidən səhnəyə çıxdı. Bu gün ATV telekanalında canlı yayımlanan verilişlərdən birində qonaq olan müğnni bacısının ölümündən 18 gün sonra ilk dəfə mahnı oxuyub.

Muğam oxuyan M.Əsədova göz yaşı içərisində musiqini sona çatdıra bilməyib. Daha sonra M.Əsədova bildirdi ki, müğənnilik ona heç nə verməyib, əksinə gözəlliyini, cavanlığını, əsəblərini əlindən alıb: "Kaş elə bir şey olaydı ki, bu səhnədən gedərdim. Ancaq getməyəcəm, oxuyacam”.

Daha sonra studiyaya təcili tibbi yardım əməkdaşları daxil oldular.

Qeyd edək ki, M.Əzizovanın bacısı Nurlana Əsədova oktyabrın 10-da həbsxana özünü asıb. Abşeron rayon Polis Şöbəsi tərəfindən həbs edilən narkotik aludəçisi olan 35 yaşlı Nurlana Əsədova özünü Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında öldürüb. N.Əsədovanı sentyabrın 29-da Abşeron rayon Polis Şöbəsinin əməkdaşları həbs ediblər. O, 43 yaşlı əri Məhəmmədli Muradovla Xırdalan şəhəri ərazisindəki aptekə basqın edib. N.Əsədova dərman almaq adı ilə aptekə girərək orada işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib, kassadakı 950 manatı talayıb. Onların hərəkəti kameraya düşüb.

Tutulandan sonra ifadə verən N.Əsədova bildirib ki, bıçaqla aptekə dərman üçün girib. Lakin kassada pulu görəndən sonra "təki mənim üçün tapılmayan dərman olsun, pulları ver bəri” deyərək bütün məbləği götürərək oradan çıxıb.


Oxunub: 1 793

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.