Honda-nın maraqlı yeniliyi var

Honda-nın maraqlı yeniliyi var

Yanvarda keçiriləcək Tokio avtosalonunda Honda şirkətinin nümayiş etdirəcəyi eksponatlardan biri Fiat 500 üslubunda dizaynla hazırladığı yığcam şəhər avtomobili - N-One Modulo konsept-avtomobili olacaq.

Beşqapılı heçbek böyük torlu radiator barmaqlığına, idmansayağı düzəldilmiş qabaq bamperə, yük yeri qapısı üstündə spoylerə, arxa bamperdə diffuzora və bir cüt dairəvi qaz xaricetmə borusuna malikdir. Kuzovun boz rənginə qırmızı aksentlər və zolaqlar əlavə edilib. Xromlanmış aksentlər və tökmə təkər diskləri də həmçinin avtomobilin ayrılmaz detalları oldu.

Salonda biz qara dəri və qırmızı parçayla üzlənmiş çalovabənzər idman oturacaqları, alüminium pedallar və dekorativ yerləşdirmələr görürük.

Honda N-One Modulo güc qurğusu haqqında hələ ki heç bir açıqlama verilməyib.
  • Müəllif: Guler
  • Tarix 4-01-2014, 16:40
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 538
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac