İki fincan su

Qədim zamanlarda bir hökmdar var idi. Bu hökmdar çox varlı idi. O, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı. Hara getsə, öz var-dövlətindən danışırdı. Hökmdarın ağıllı bir vəziri var idi. Böyük də, kiçik də onu çox sevirdi...

Bir gün hökmdar vəziri ilə söhbət edəndə, "Sən dünya görmüş bir adamsan. Hamının sənə böyük hörməti var. Bilmək istəyirəm, görəsən, mənim var-dövlətim haqqında nə düşünürsən?” , - deyə soruşdu. Vəzir diqqətlə hökmdara baxıb dedi: "Fərz edin ki, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluq sizi əldən salıb. Hiss edirsiniz ki, artıq ölüm də çox uzaqda deyil. Bu vaxt sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?” Hökmdar, "Əlbəttə ki, verərəm", - deyə cavab verdi. Vəzir davam etdi: "Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?”. Hökmdar bir qədər fikirləşib, "Təbii ki, verərəm”, - dedi.

Artıq son sözü demək vaxtı idi: "Madam ki belədir, onda bu var-dövlətlə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil”...
  • Müəllif: Guler
  • Tarix 4-01-2014, 16:40
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 628
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac